Türkiyə Hərbi Hava Qüvvələri İraqın və Suriyanın şimalında baza kimi istifadə etdikləri Derik, Sincar və Karacak rayonlarında PKK/KCK/YPG terrorçularına qarşı "Qış Qartalı" hava əməliyyatı keçirib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Naziriliyi xəbər verib.
Məlumata əsasən, terrorçuların istifadə etdiyi sığınacaqlara, anbarlara, mağaralara, tunellərə, silah-sursat anbarlarına, habelə silahlıların "qərargahı" və təlim düşərgələrinə hücumlar edilib.
Əməliyyat zamanı əsasən yerli istehsal olan sursatlardan istifadə edildiyi qeyd edilib.
Döyüş tapşırığını yerinə yetirdikdən sonra bütün təyyarələr sağ-salamat öz aerodromlarına qayıdıblar.
Nazirlik vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qətiyyətli mübarizəni davam etdirəcək.