Türkiyə ilə Ermənistan arasında 2020-ci ildən dayandırılan qarşılıqlı birbaşa təyyarə səfərləri bu gündən etibarən yenidən başlayır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı birbaşa uçuşların başlanması üçün Türkiyənin “Pegasus” və Ermənistanın “Fly One Armenia” şirkətləri iki ölkənin mülki aviasiya qurumlarına müraciət edib. Müraciətlərə verilən müsbət cavab nəticəsində Mülki Aviasiya Baş İdarəsi tərəfindən Türkiyənin “Pegasus” aviaşirkətinə İstanbulun Sabiha Gökçen hava limanından Yerevana, Ermənistanın “Fly One Armenia” hava yolu şirkətinə də Yerevan-İstanbul marşrutu üzrə həftədə üç dəfə uçuşa icazə verilib.
“Fly One Armenia” şirkətinə məxsus ilk təyyarə fevralın 2-də yerli vaxtla saat 19:50-də İstanbul hava limanına enəcək. “Pegasus Hava Yolları” şirkətinə məxsus təyyarə də həmin axşam saat 23:35-də Sabiha Gökçen hava limanından Ermənistan istiqamətində uçuş həyata keçirəcək.