Aralıq dənizində 5,1 bal gücündə zəlzələ olub

A- A A+

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyənin Antalya vilayətinin Gazipaşa rayonuna yaxın bölgədə meydana gəlib.

Zəlzələnin ocağı dənizin 13 kilometr dərinliyindədir.

AFAD hələ ki, zəlzələ ilə bağlı heç bir mənfi məlumatın olmadığını, hadisələrin izləndiyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: