Türkiyənin Suriya ilə sərhədində hücum olub, hadisə zamanı bir türk əsgəri şəhid olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türkiyənin cənub-şərqində yerləşən Şırnakın Cizrə bölgəsində minaatanlardan açılan atəş nəticəsində hərbçimiz şəhid olub”,- deyə məlumatda bildirilir.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar mərhumun ailəsinə başsağlığı verib.