Türkiyәnin milli müdafiә naziri Hulusi Akar paytaxt Ankaradakı Hərbi Hava Qüvvələri Komandanlığında verdiyi açıqlamada İraqın şimalında və Suriyada terrorçuların baza olaraq istifadə etdiyi Derik, Sincar və Karacak bölgələrində terror təşkilatına aid hədəflərin vurulduğunu qeyd edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hәrbi personala müraciәt edәn Hulusi Akar deyib: “Qış Qartalı əməliyyatı uğurla başa çatdırılıb’’ .
"Bizim məqsədimiz 84 milyon vətəndaşımızın və sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir" deyә Türkiyәnin milli müdafiә naziri qeyd edib.
Hulusi Akar deyib: "Bu çərçivədə İraqın şimalında və Suriyada terror hədəflərinə qarşı həyata keçirilən əməliyyat diqqətlə planlaşdırılıb və uğurla həyata keçirilib. Hәyata keçirdiyimiz bütün әmәliyyatlarda olduğu kimi bu әmәliyyat zamanı da günahsız insanların vә әtrafdakı obyektlәrin zәrәr görmәmәsi üçün lazımi tәdbirlәri gördük vә bu çәrçivәdә dә әmәliyyatı hәyata keçirdik. Әmәliyyat zamanı terrorçuların sığınacaqları, mağaraları, tunelləri, anbarları, təlim mərkəzləri və dırnaqarası qərargahları hədəf alınıb. Әmәliyyat zamanı yalnız terrorçulara aid hәdәflәr hәdәf alınıb. Әmәliyyat zamanı terrorçulara aid hәdәflәr mәhv edilib. Terrorçulara ağır zәrbәlәr endirilib’’.
Terrorla mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayan Hulusi Akar deyib: "Qış Qartalı əməliyyatı nәticәsindә çox sayda terrorçu zərərsizləşdirilib. Nəticələri yaxından izləyirik, əməliyyatla bağlı yekun nəticələri yaxın saatlarda və günlərdə kəşfiyyat kanalları və digər kanallarla әldә edәcәyik".
Hulusi Akar qeyd edib ki, әmәliyyat nәticәsindә çox sayda tәhlükәli terrorçu da zәrәrsizlәşdirilib.