Rusiya Prezidenti Vladimir Putin bu ay Türkiyəyə səfər edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya KİV-in Türkiyənin “A Haber” telekanalına istinadla yaydığı xəbərə görə, səfər fevralın ikinci yarısında baş tutacaq. Rusiya Prezidentinin Türkiyəyə səfəri Çin Olimpiadasının açılışında iştirakdan sonraya planlaşdırılır. Səfərin dəqiq tarixi də Olimpiadadan sonra məlum olacaq.