Kiyevdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında təkbətək görüş keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, regiondakı vəziyyət müzakirə olunub.
Bundan sonra Zelenski və Ərdoğanın sədrliyi ilə Ukrayna ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Şuranın 10-cu iclası keçiriləcək, dövlətlərarası sənədlər imzalanacaq.