Ermənistanın Qafan bölgəsində əsgər hərbi hissəni özbaşına tərk edib.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan faktla bağlı araşdırma aparıldığını deyib.
Onun sözlərinə görə, buna hərbi hissədə kimlərsə səbəb olubsa, onlar cəzalandırılacaqlar. “Əgər günahkar komandirdirsə, onun hərəkətinə müvafiq qiymət veriləcək”.