Türkiyədə yağan güclü qar səbəbindən 300-dən çox kənd yolu bağlanıb - FOTOLAR

A- A A+

Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkənin müxtəlif bölgələrinə yağan güclü qar gündəlik həyata mənfi təsir göstərir. Türkiyənin Şərqi Anadolu bölgəsində yerləşən Van, Hakkari, Bitlis və Muş vilayətlərində yaşayan əhaliyə güclü qar və baş verə biləcək qar uçqunu ilə bağlı xəbərdarlıq edilib. Hakkari və Vanın cənub seqmentlərində yağan qarın hündürlüyünün 20 santimetrdən çox olacağı gözlənilir. Xüsusilə səhər və gecə saatlarında yolların buz bağlaması və qatı duman olacağı ehtimalı ilə bağlı sürücülərin daha diqqətli olmaları xahiş olunur.

Bitlisdə iki gün ara verəndən sonra yenidən təsirini artıran güclü qar səbəbindən 311 kənd yolu bağlanıb. Bəzi bölgələrdə qarın qalınlığı 163 santimetrə çatıb, avtomobillər qar altında qalıb. Hazırda qarın təmizlənməsi işləri davam edir. Bölgəyə 150-dən çox texnika cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: