Erməni deputat: Hərbi hissələrdə baş verən insidentlər bizi ordumuzun gələcəyi ilə bağlı dərindən düşünməyə vadar edir
Qafan rayonunda dislokasiya olunmuş hərbi hissələrin birində baş verən, hərbi qulluqçunun yaralanması ilə nəticələnən və ölkə mətbuatında geniş işıqlandırılan daha bir insident böyük narahatlıq yaratmaqla bizi ordumuzun gələcəyi ilə bağlı dərindən düşünməyə vadar edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasından Ermənistan parlamentinin deputatı Tiqran Abramyan özünün feysbuk səhifəsində yazıb.
Son bir ildə oxşar insidentlərin Ermənistan hərbi hissələri üçün adi hala çevrildiyini bildirən Abramyan ordu nizamnaməsi üçün qəbuledilməz olan daha bir halın geniş yayıldığını vurğulayıb. Bildirib ki, hərbi qulluqçular arasında hələ də hərbi hissədə olmayanlar var və ailələri onları, sadəcə olaraq, hərbi hissəyə buraxmırlar.