Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COVID-19-a yoluxub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti özünün rəsmi tviter hesabında etdiyi paylaşımda bildirib.
Paylaşımda yüngül simptomlardan sonra xanımı Əminə Ərdoğan ilə birlikdə verdikləri COVID-19 testinin müsbət çıxdığını deyən Prezident Ərdoğan virusun "omikron" variantına yoluxduqlarını, xəstəliyi yüngül keçirdiklərini bildirib.
Vəzifəsinin başında olduğunu ifadə edən Türkiyə Prezidenti işlərini evdən davam etdirdiyini açıqlayıb.