Vladimir Putin Türkiyə Prezidentinə tezliklə koronavirusdan sağalmağı arzulayıb

A- A A+

Rusiya Prezidenti Vladimir Putin koronavirus xəstəliyinə yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana teleqram göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Teleqramda deyilir: "Dəyərli dostum, Sizə və xanımınıza səmimi dəstəyimi bildirmək istərdim. Əminəm ki, həyat enerjiniz və xoş əhvali-ruhiyyəniz sizə ən qısa zamanda virusun öhdəsindən gəlməyə kömək edəcək. Hər ikinizə səmimi qəlbdən şəfa və uzun illər cansağlığı arzulayıram”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: