Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
“Mənim COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır və lazımi tədbirləri görərək işimizi davam etdiririk”, - nazir bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.