Türkiyənin Antalya şəhərində yerləşən “Saklıkent” dağ xizəkçiliyi mərkəzində otelin çardağının uçması nəticəsində 8 nəfər xəsarət alıb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, çardaq yığılan qarın ağırlığından uçub.
Yaralananlar hadisə yerinə gələn təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparılıb.
Onların aldıqları xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib.