“Ermənistana qaytarılan bütün əsirlər dindirilir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.
Qeyd edilib ki, bu gün Azərbaycanın Ermənistana təhvil verdiyi 8 erməni hərbçi İstintaq Komitəsində sorğu-sual edilib.
Xatırladaq ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, bu gün 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.