Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Qarabağla bağlı müzakirə aparıblar.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Putin Qarabağdakı Rusiya sülhməramlılarının işinə yüksək qiymət verildiyini söyləyib: “Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin, o cümlədən regiondakı hazırkı humanitar və sosial-iqtisadi problemlərin həllində vacib əhəmiyyətini təsdiqlədik”.
Rusiya rəhbəri qeyd edib ki, Fransa prezidenti Avropa Şurasının sədri Şarl Mişellə birgə Azərbaycan prezidenti və Ermənistanın Baş naziri ilə videokonfransının yekunları barədə məlumat verib.