Türkiyə Silahlı Qüvvələri Mardin vilayətində, Türkiyə-Suriya ərazisində terrorçuların hücumunun qarşısını alıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat verir.
Qeyd olunur ki, bir qrup PKK mənsubu Mardində yerləşən sərhəd məntəqəsinə atəş açıb. Cavab atəşi nəticəsində 4 silahlı zərərsizləşdirilib.
Eyni zamanda Suriyanın şimalında davam edən əməliyyat nəticəsində 1 terrorçu zərərsizləşdirilib.
Bölgədə antiterror əməliyyatları davam edir.