Ukrayna ordusu Rusiyanın Ukraynanın şimal sərhədi yaxınlığında Belarusda keçirdiyi təlimlərə cavab olaraq fevralın 10-dan 20-dək hərbi təlimlər keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Söz azadlığı” verilişinin efirində Ukraynanın müdafiə naziri Aleksey Reznikov söyləyib.
Onun sözlərinə görə, təlimlərdə “Bayraktar” silahlı PUA-ları, “Cavelin” tank əleyhinə raket kompleksləri və NLAW qumbaraatanları tətbiq olunacaq.