“Prezidentimizin səhhəti çox yaxşıdır, səsi də çox yaxşı gəlir. Davamlı olaraq telefon danışıqları da aparır”.
NUHÇIXAN İnformasiya Agentliyinin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, özünün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxladığını vurğulayıb: “Çox şükür, səsi yaxşı gəlirdi”.
Nazir Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfərinə də toxunub. Çavuşoğlu qeyd edib ki, səfərin reallaşması Türkiyə Prezidentinin koronavirus testlərinin nəticəsindən asılı olacaq: “Bu, testlərin nəticələrindən asılıdır. Səfər uzun müddət əvvəl planlaşdırılıb. 15 fevralda Dubay EXPO-da Milli Gün olacaq, inşallah, o zamana qədər sağalar”.
Qeyd edək ki, Ərdoğan və xanımı COVID-19-un Omicron ştamına yoluxub.