Ermənistanda yaşayan əhalinin sayı azalmaqda davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, ölkənin Statistika Komitəsinin məlumatına görə, 2022-ci il yanvarın 1-i üçün ölkədə daimi yaşayan sakinlərin sayı 2 milyon 961 min nəfər təşkil edib.
“2021-ci ilin analoji dövründə isə bu göstərici 2 milyon 963,3 min nəfər təşkil edirdi. Beləliklə, 1 il ərzində ölkədə daimi yaşayan sakinlərin sayı 2,3 min nəfər azalıb”, - deyə qəzet yazır.
“Joğovurd” ölkədə əhali sayında azalmanın davamlı tendensiya halına gəldiyini qeyd edir.