COVID-19 pandemiyası zamanı böyük ölkələrin əhalisinin əhəmiyyətli hissəsinin iqlim dəyişikliyi probleminə marağı artıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu qənaətə Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri "Ipsos" şirkətinin apardığı sorğunun nəticələri əsasında gəliblər.
Sorğuda 10 inkişaf etmiş və 6 inkişaf etməkdə olan ölkədən 14,5 min respondent iştirak edib.
Pandemiya fonunda respondentlərin 43%-i iqlim risklərini əvvəlkindən daha yüksək qiymətləndirməyə başlayıb, 35%-i isə yüksək risk qiymətini əvvəlki səviyyədə saxlayıb. İştirakçıların 14%-i risklərin aşağı səviyyədə olduğunu bildirib, 8%-i isə risklərin azaldığını iddia edib.
İqlim risklərini daha yüksək qiymətləndirməyə başlayan ölkələr arasında Braziliya və Çində respondentlərin 61%-i (ən yüksək), Almaniyada isə 27%-i (ən aşağı) iqlim risklərini yüksək qiymətləndirməyə başlayıb. ABŞ-da bu göstərici 37%-ə, Çində isə 40%-ə bərabər olub.
Qeyd edilir ki, 16 ölkə arasında ABŞ və Hindistanda "yaşıl" bərpa siyasətinə dəstək ən aşağı səviyyədədir. Ən yüksək dəstəkləyici əhval isə Çin və İtaliyada müşahidə olunur. BVF vurğulayır ki, inkişaf etməkdə olan ölkələrdə pandemiyadan maliyyə cəhətdən daha çox təsirlənən əhalinin payı inkişaf etmiş ölkələrdən daha yüksəkdir. Belə ki, inkişaf etməkdə olan ölkələrdə bu göstərici 46%, inkişaf etmiş ölkələrdə isə 29%-ə bərabərdir.
Fondun analitiklərinin fikrincə, pandemiyadan daha çox təsirlənən (gəlir və/və ya iş itkisi nəticəsində) respondentlərin "yaşıl siyasət"i dəstəkləmək ehtimalı daha azdır. Bu səbəbdən iqlim siyasətinin uğuru üçün BVF ölkələrə dövlətlərə qısa müddətdə vətəndaşlarının gəlirlərini qorumağa çalışmağı tövsiyə edir.