Fransa Prezidenti Emmanuel Makron Kiyevə səfərinin gedişində heç bir təklif səsləndirmədi, tərəflər yalnız ideyaları müzakirə etdilər.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dimitri Kuleba Fransa Prezidentinin Kiyevə səfəri barədə danışarkən bildirib.
“Prezident Makron Kiyevə təkliflərlə deyil, ideyalarla gəlmişdi. Biz indi elə bir dönəmdəyik ki, kimlərlə təmasda oluruqsa, vəziyyəti dalandan çıxarmaq üçün məqbul kompromisləri və addımları maksimum anlamağa çalışırlar”, – Kuleba belə deyib. Nazir, həmçinin bəyan edib ki, Ukrayna rəhbərliyi üçün xaricdən edilən hər hansı təzyiq qarşısında geri çəkilmək qəbuledilməzdir.
Qeyd edək ki, fevralın 8-də Fransa lideri Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb. Bundan əvvəl isə Emmanuel Makron Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna böhranının nizamlanmasının mümkün yollarını müzakirə etmişdi.