Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son iki gün ərzində etdiyi PCR testləri neqativ çıxıb. Düşünürəm ki, ölkə başçısı çox yaxında, hətta sabah da öz adi proqramına qayıda bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri türkiyəli professor Serkan Topaloğlu bildirib.
Qeyd edək ki, fevralın 5-də Türkiyə Prezidenti özünün rəsmi tviter hesabında etdiyi paylaşımda koronavirus testinin müsbət nəticə verdiyini açıqlamışdı.