Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan sağaldığını bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət başçısı bu barədə rəsmi "twitter" hesabında paylaşım edib. Türkiyə Prezidenti son iki gündə edilən koronavirus testlərinin nəticəsinin neqativ olduğunu açıqlayaraq, sağalmasında əziyyət çəkən bütün həkimlərə təşəkkür edib.