"Reuters" Putinin Makronla uzun masada görüşməsinin səbəbini açıqlayıb

A- A A+

Rusiya Prezidenti Vladimir Putinin Fransa Prezidenti Emmanuel Makron ilə Kremldə uzun masa ətrafında danışıqlar aparmasının səbəbi açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb E.Makronun rusiyalı həmkarı ilə danışıqlardan öncə koronavirus üzrə PZR testdən keçməkdən imtina etməsi olub.

Agentliyin mənbələri bildirib ki, E.Makrona seçim etmək təklif edilib: test verib V.Putinlə daha qısa məsafədən ünsiyyət qurmaq və ya imtina edərək təhlükəsiz məsafəni saxlamaq.

"Biz başa düşürdük ki, testdən imtina etmək əl sıxışmamaq və uzun masa demək olacaq. Amma prezidentin DNT-sinin onların əlinə keçməsinə imkan verə bilməzdik", - deyə mənbələrdən biri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: