Avropada qaz fyuçerslərinin qiyməti hər 1000 kubmetr üçün 854-884 ABŞ dolları arasında qərarlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi Londonun ICE birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçersləri günə 870 ABŞ dolları ilə başlayıb.
Hələlik sessiyanın minimum qiyməti 854 ABŞ dolları, maksimum qiyməti isə 884 ABŞ dolları təşkil edib. Dünənki qiymət 876,4 ABŞ dolları olub.