Fevralın 11-də İstanbulda yerləşən bir sexdə baş verən yanğın zamanı dörd işçinin qatı dumandan zəhərlənərək öldüyü aşkar olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İstanbul Valiliyindən açıqlama verilib. Bildirilib ki, hadisə şəhərin Güngören rayonunda meydana gəlib.
Ölən işçilərin xarici ölkə vətəndaşları olduğu bildirilir. Onların cəsədləri yanğından qorunmaq üçün saxlandıqları yerdə aşkarlanıb.
Qeyd edək ki, yanğın baş verən binada tekstil materialları istehsal edilirdi. Hadisə zamanı müxtəlif xəsarətlər alan daha altı işçi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı istintaq aparılır.