İrəvanın miqrasiya bataqlığı- Müharibədən sonra 73 min erməni ölkəni birdəfəlik tərk edib

A- A A+

Ermənistanda ciddi miqrasiya böhranı yaşanır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli media yazıb. Bildirilir ki, əvvəlki illərdə də miqrasiya böhranı müşahidə olunub, amma İkinici Qarabağ müharibəsindən sonra ölkəni birdəfəlik tərk edən sadə ermənilərin sayı artıb.

Məsələn, “Joğovurd” nəşri yazır ki, rəsmi məlumatlara görə, ötən il 73 571 vətəndaş ölkəni tərk edib və geri qayıtmayıb.

Ümumilikdə ölkədən 762 min 792 nəfər gedib, onlardan 689 min 221-i geri qayıdıb. Qeyd edək ki, söhbət Ermənistan Respublikasının vətəndaşlarından gedir. Eyni zamanda təkcə ötən ilin birinci yarısında 22 minə yaxın erməni Rusiya vətəndaşlığını qəbul edib. Bu, son 4 ilin mütləq rekordudur,-nəşr yazıb.

Məqalə müəllifi rəsmi statistikaya istinad edərək yazır ki, ötən il 161 minə yaxın Ermənistan vətəndaşı "Green card" üçün müraciət edib.

- İndi isə gəlin inqilabdan əvvəl və sonrakı dövrü müqayisə edək. Rəsmi məlumata görə, 2017-ci ildə 36,2 min insan Ermənistanı tərk edərək geri qayıtmayıb. Ötən il bu rəqəm 73,5 mindən çox olub. Elə "Green Card"la bağlı da oxşar vəziyyət yaranıb,-"Joğovurd" yazıb.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: