Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiyanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsinə zəmanət, Ukrayna ətrafında vəziyyətin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər İranın nüvə proqramına dair birgə fəaliyyət planının yerinə yetirilməsi mövzusuna da toxunublar.