ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, telefon danışığı 1 saata yaxın davam edib. Liderlərin telefon danışığı zamanı əsas diqqət Ukrayna ətrafındakı gərginliyə yönəlib.
Bu, Ukrayna böhranının yaranmasından sonra liderlər arasında üçüncü telefon danışığıdır.