Fevralın 13-də saat 22:25-də Gürcüstanda güclü zəlzələ olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutunun Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında 6,2 bal gücündə olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.