ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqlar təxminən bir saata yaxın davam edib.
“Danışıqlarda Prezident Co Bayden ABŞ-ın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə sadiqliyini bir daha ifadə edib”, - deyə Ağ evin bəyanatında bildirilir.