Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyaya çağırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Komissiyanın rəhbəri Andranik Köçəryan jurnalistlərə bildirib ki, bu, Paşinyanın istəyi ilə baş tutacaq.
Onun sözlərinə görə, müxalifət baş naziri onları maraqlandıran mövzularda dindirmək imkanını itirib. Görüşün müddəti məhdud olmayacaq, istənilən sualı vermək imkanı yaranacaq.
Qeyd edək ki, bundan əvvəl “Hayastan” və “Şərəfim var” blokları Qarabağda 44 günlük müharibənin şəraitini araşdırmaq üzrə komissiyanın təşkilində iştirakdan imtina ediblər. Fraksiyaların birgə bəyanatında deyilir ki, ölkə hakimiyyəti öz hərəkətlərini obyektiv araşdıra bilməz.