İsrail Prezidenti İshaq Hersoq martın 9-10-da Türkiyəyə səfər edəcək
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın və respublikanın xarici işlər nazirinin müavini Sedat Önal Fələstin Prezidenti Mahmud Abbasla görüşmək üçün fevralın 16-17-də Qüdsə, oradan da İsrailə gedəcəklər.
Hersoqun səfərinin reallaşacağı təqdirdə, bu, İsrail Prezidentinin son 15 ildə Türkiyəyə ilk gedişi olacaq. Bundan əvvəlki səfər 2007-ci ildə Prezident Şimon Peresin vaxtında baş tutmuşdu.
Türkiyə lideri yanvar ayında israilli həmkarının respublikaya səfərinin mümkünlüyünü bildirmişdi. Həmin vaxt Türkiyə XİN-in nümayəndəsi jurnalistlərə demişdi ki, İshaq Hersoq bu dəvəti müsbət qarşılayıb.