Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov hesab edir ki, üst-üstə yığılmış problemlər ATƏT-in təməlini sarsıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri RF xarici işlər naziri S.Lavrov ATƏT-in sədri, Polşanın xarici işlər naziri Rau Zbiqnev ilə görüşdə səsləndirib.
S.Lavrov bildirib ki, ötən illərdə həddən artıq problem üst-üstə yığılıb. Bu problemlər ATƏT-in yaranmasının əsasını və ölkə başçılarının bu təşkilat qarşısında qoyduqları hədəfləri - əməkdaşlıq, dialoq və kompromis əldə edən təşkilata çevrilmək hədəfini sarsıdır.
Nazir deyib: “Mənə elə gəlir ki, bu vəzifəyə başlayarkən sizin təqdim etdiyiniz ideyalarda, son illərdə Rusiyanın və onun məsləkdaşlarının ATƏT-ə verdiyi töhfələrdə ağlabatan başlanğıc var”. Biz polşalı həmkarlarımızın ATƏT-in sədri postunda müsbət nəticələrə nail olmasına kömək etmək üçün ortaq məxrəcə gələcəyik. Bu gün biz buna cəhd göstəririk və mən ümid edirəm ki, buna nail olacağıq”.