Türkiyə ordusu Suriyada 10 terrorçu zərərsizləşdirib

A- A A+

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirilən ayrı-ayrı antiterror əməliyyatlarında 10 PKK silahlısını zərərsizləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, "Fərat qalxanı" antiterror əməliyyatı bölgəsində hücum hazırlığında olan 4 terrorçu, "Sülh bulağı" antiterror əməliyyatı bölgəsində 6 terrorçu məhv edilib.

Nazirlik bölgədə əməliyyatların davam etdirildiyini deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: