Türkiyənin “Fatih” gəmisi Qara dənizdə yeni qazma işlərinə başlayıb

A- A A+

Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez özünün rəsmi tviter hesabında bildirib.

Məlumata əsasən, Qara dənizdə üçüncü kəşfiyyat işlərinə başlayan gəmi “Sakarya” yatağının “Karasu-1” quyusunda qazma işləri aparacaq. Qazma işləri iki ay yarım boyunca dəniz səviyyəsindən 5 min metr dərinlikdə davam edəcək.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi 2021-ci ilin avqust ayında Qara dənizdə həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: