Rusiya Antalya diplomatik forumunda iştirak edəcəyini təsdiqləyib

A- A A+

Bu gün Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, danışıqların gedişində Rusiya Federasiyası və Ukrayna arasında gərginliklə bağlı son hadisələr müzakirə edilib. Mövlud Çavuşoğlu məsələnin nizamlanması üçün diplomatik təşəbbüslərin vacibliyinə toxunub. O, Türkiyənin Rusiya və Ukrayna arasında görüşlərin təşkilinə hazır olduğunu bildirib. Çavuşoğlu, həmçinin qeyd edib ki, nazir Lavrov martın 11-13-də Antalyada keçiriləcək diplomatik forumunda iştirak edəcəyini təsdiqləyib.

Agentliyin məlumatına görə, Türkiyənin xarici işlər naziri ukraynalı həmkarı Dmitri Kuleba ilə də telefonda danışıb. Onlar da Rusiya və Ukrayna arasında gərginliyi müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: