Türkiyə sahillərində Mərmərə və Egey dənizində zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.
Birinci zəlzələ Egey dənizində baş verib. 4 bal gücündə olan yeraltı təkanların episentri Datça şəhəri sahillərində, ocağı isə 29,26 kilometr dərinlikdə yerləşib.
İkinci zəlzələ Mərmərə dənizində olub. 4,1 bal gücündə olan zəlzələnin episentri Tekirdağ şəhəri sahillərində, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.