Təbrizdə baş verən təyyarə qəzasında 3 nəfər ölüb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qırıcı təyyarə məktəbin divarına çırpılıb.
Qəzada iki pilot və bir mülki şəxs həlak olub.
Ehtimal olunur ki, pilot təyyarənin yaşayış məntəqəsinə düşdüyünü bildiyi üçün katapultadan istifadə etməyib və son ana qədər təyyarəni yaşayış sahəsindən kənarlaşdırmağa çalışıb.