Air France öz sərnişinlərini sabaha olan Kiyev reyslərinin ləğv edildiyi barədə məlumatlandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, Fransa aviakompaniyası uçuşların təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması məqsədilə xidmət göstərdiyi ərazilərdə geosiyasi vəziyyətin inkişafını diqqətlə izlədiyini qeyd edib.
“Yerdəki vəziyyəti nəzərə alaraq ehtiyat tədbiri kimi Kiyevə və Kiyevdən fevralın 22-nə olan uçuşlar ləğv olunur. Bu vəziyyətlə əlaqəli müştərilər fərdi qaydada məlumatlandırılacaq”, - deyə kompaniyadan bildiriblər.
Vəziyyəti müntəzəm olaraq qiymətləndirəcəyini qeyd edən Air France, həmçinin xatırladıb ki, uçuşların, müştərilərin və heyətin təhlükəsizliyi onun üçün əsas tələbdir.