Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “respublika”larını tanınması haqqında fərmanından sonra Ukraynanın şərq bölgələrində baş verən son hadisələr səbəbindən öz vətəndaşlarına həmin əraziləri tərk etməyə çağırıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir.
"Ukraynanın şərq bölgələrində baş verən son hadisələr çərçivəsində vətəndaşlarımızın bu ölkənin şərq bölgələrini tərk etmələri tövsiyə olunur. Vətəndaşlarımıza lazım olduqda Kiyevdəki səfirliyimizlə əlaqə saxlamaları tövsiyə edilir”, - Türkiyə XİN-in açıqlamasında deyilir.