ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək

A- A A+

ABŞ Rusiyanın qondarma DXR və LXR-in müstəqilliyini tanıması səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Qeyd edilir ki, ABŞ Prezidenti Cozef Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ABŞ-ın qondarma DXR və LXR-in tanınması ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb.

“Prezident Bayden bu gün (dünən-red) Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləmək üçün danışıb. Bayden Rusiya Prezidenti Putinin Ukraynanın qondarma DXR və LXR bölgələrinin "müstəqilliyini" tanımaq qərarını qətiyyətlə pisləyib. O, həmçinin Zelenskiyə ABŞ-ın bu hərəkətlərinə cavabı barədə məlumat verib və ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planlarından danışıb”, - məlumatda bildirilir.

Ağ Ev vurğulayıb ki, Bayden Zelenski ilə telefon danışığında “Birləşmiş Ştatların cəld və qətiyyətlə cavab verəcəyini, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını almaq üçün müttəfiqləri və tərəfdaşları ilə addım atacaqlarını” təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: