“Ukrayna özünü müdafiə edəcək və qalib gələcək”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba tviter hesabında yazıb.
“Vladimir Putin indicə Ukraynanın genişmiqyaslı işğalına başlayıb. Ukraynanın dinc şəhərləri işğala məruz qalır. Bu, işğalçı müharibədir. Dünya Putini dayandıra bilər və bunu etməlidir. İndi hərəkət etmək vaxtıdır", - nazir bildirib.