Ukrayna Prezidenti Vladimir Zelenski vətəndaşları təşvişə düşməməyə çağırıb.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Vladimir Zelenski bu barədə özünün “Teleqram” səhifəsində yazıb.
“Hərb bir ukraynalıya müraciət edirəm. Təşvişə düşməyək, Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün səylərimizi əsirgəməyək”, - deyə Ukrayna prezidenti bildirib.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, yerli vaxtla səhər saat 05:00-da Ukraynanın Rusiya və Belarusla dövlət sərhədi Rusiya hərbçilərinin hücumuna məruz qalıb. Hazırda artilleriya və ağır texnikadan istifadə edən rus qoşunları Sumi, Xarkov, Çerniqov və Jitomir vilayətlərində sərhəd patruluna və keçid məntəqələrinə hücum edir. Həmçinin hərbi əməliyyatlar Donetsk və Luqansk vilayətləri və Krım istiqamətində də aparılır.