Rusiya Ukrayna hərbi infrastrukturunun 74 yerüstü obyektini sıradan çıxarıb.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, sıradan çıxarılan obyektlər arasında Hərbi Hava Qüvvələrinin 11 aerodromu, 3 komanda məntəqəsi, Ukrayna Hərbi Dəniz Qüvvələrinin yerləşdiyi məntəqə, həmçinin “S-300” və “Buk-M1” hava hücumundan müdafiə komplekslərinin 18 radiolokasiya stansiyası var.