"Facebook" Rusiyanın RİA Novosti beynəlxalq informasiya agentliyinin səhifəsinə 90 gün məhdudiyyət qoyub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "Rossiya Seqodnya" beynəlxalq informasiya agentliyindən bildirilib.
"Bu, Amerika sosial şəbəkəsi tərəfindən söz azadlığının pozulmasıdır", - qeyd olunub.
Ria Novosti "Facebook" tərəfindən qoyulan məhdudiyyətlə bağlı “Roskomnadzor”a yardım etmək üçün müraciət edəcəyini açıqlayıb.