ABŞ aviaşirkətləri öz təyyarələrinin Ukrayna, Belarus hava səmasında və Rusiya hava səmasının bir hissəsində uçuşlarını qadağan edib
Amerika aviaşirkətləri Ukrayna, Belarus hava səmasından və Rusiya hava səmasından bir hissəsindən istifadə etməyəcəklər. Bundan əvvəl həmin təyyarələrin yalnız Ukraynanın bəzi şərq rayonları üzərində uçuşları qadağan edilmişdi.
NUHÇIXAN İnformasiya Agentliyi Amerika KİV-lərinə istinadla xəbər verir ki, ABŞ Federal Aviasiya İdarəsi tərəfindən tətbiq edilən bu məhdudiyyətlər yalnız mülki aviasiyaya şamil edilir. Avropa Uçuşların Təhlükəsizliyi Agentliyi fevralın 24-də aviaşirkətlərin Rusiya-Ukrayna və Belarus-Ukrayna sərhədlərinin yaxınlığında hava səmasından istifadə etməməsini tövsiyə edib.
ABŞ Federal Aviasiya İdarəsi bu məhdudiyyəti tətbiq edəndən əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynaya bildirmişdi ki, başlanmış müharibə səbəbindən təyyarə uçuşlarının təhlükəsizliyi üçün yüksək risk yaranıb. Eyni zamanda Ukrayna hakimiyyət orqanları potensial müharibə təhlükəsi səbəbindən uçuşları məhdudlaşdırıb.