Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri Kiyev regionunda ehtiyatda olan hərbi qulluqçulara 18 min silah-sursat paylanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri məlumat yayıb.
Müdafiə naziri Oleksiy Reznikov və Baş Qərargah rəisi Valeri Zalujni keçirdiyi birgə mətbuat konfransında bildiriblər ki, yaxın vaxtlarda daha çox silahın paylanılması nəzərdə tutulur.
“Tezliklə biz tərəfdaşlarımızdan müasir silahlardan və digər resurslardan ibarət əlavə dəstək əldə edəcəyik”, - birgə mətbuat konfransında bildirilib.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib, 18-60 yaş arası kişilərin ölkədən çıxmasına qadağa qoyulub.