“Bizə məlumdur ki, bütün bunlar xarici məsləhətçilərin, əsasən də amerikalı müşavirlərin tövsiyələri ilə baş verir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bugünkü müraciətində deyib. V. Putin Ukraynada əməliyyatların gedişində əsas toqquşmaların nizami Ukrayna qoşunları ilə deyil, millətçi birləşmələrlə baş verdiyini vurğulayıb.
O, millətçilərin Ukrayna Ordusunda mühüm rol oynadığını bildirib.
Rusiya lideri Ukrayna hərbçilərinə müraciət edərək, onları ölkədə hakimiyyəti ələ almağa çağırıb: “Neonasistlərin, benderovçuların sizin uşaqlardan, həyat yoldaşlarınızdan və qocalardan canlı qalxan kimi istifadə etməsinə imkan verməyin. Hakimiyyəti öz əlinizə alın. Görünür ki, biz sizinlə daha asan dil tapacağıq, nəinki Kiyevdə oturan və bütün Ukrayna xalqını girov götürən narkoman dəstələri, neonasistlər və benderovçularla. Neonasistlər cavab zərbələri endirmək üçün ağır silahları Ukraynanın böyük şəhərlərinin mərkəzində yerləşdirirlər”.
Putin Ukraynada əməliyyatlar keçirən Rusiya hərbçilərinin fəaliyyətini yüksək qiymətləndirib.